Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın görüşünün vaxtı hələ razılaşdırılmayıb.
İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, liderlər telefonla kifayət qədər tez-tez danışırlar.
Kreml rəsmisi bildirib ki, təmaslar zamanı Putin və Ərdoğan beynəlxalq məsələləri də müzakirə edirlər.