Naxçıvanda ağır QƏZA – 3 nəfər öldü, 4 nəfər yaralandı

0

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Babək rayonu Vayxır kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobillə “Hundai” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “Niva”da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu isə ağır bədən xəsarətləri alıb.

Digər avtomobildə olan 3 sərnişin – Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu isə ağır yaralanıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətlərinin ağır olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.//Report

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »