Hikmət Hacıyev Sun Veydonqla görüşdü

0

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin xarici işlər nazirinin müavini Sun Veydonqla (Sun Weidong) görüşüb.

Çinin xarici işlər nazirinin müavini Sun Veydonq ilə görüşdə Azərbaycan və Çin prezidentləri arasında keçirilən görüşlərin, aparılan məktub mübadilələrinin ölkələrimiz arasında tərəfdaşlığın strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm amil olduğu vurğulanıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrə, COP29-la əlaqədar qarşıda duran məsələlərə, Orta Dəhliz üzrə əməldaşlığa, Cənubi Qafqaz regionunda sülh quruculuğuna dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan ilə Çin arasında hərtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.//Report

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »