Xalatyan: Tramp İrəvanı Ərdoğana verəcək

0

Rusiya Ukraynada xüsusi hərbi əməliyyatda qalib gəldikdən sonra Cənubi Qafqazda öz mövqeyini bərpa edəcək və Moskvanın burada indiki passivliyi müvəqqəti xarakter daşıyır.

İctimai Rəy axar.az-a istinadən xəbər verir ki, bunu Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan bildirib.

Ekspert hesab edir ki, Qərb və ABŞ Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün Ermənistan hakimiyyətini əlində alətə çevirib:

“Ermənistan rəhbərliyi Rusiya ilə müttəfiqlik münasibətlərinə tam yenidən baxılması kursunu davam etdirir. Bu, əslində, mövcud gərginliyin əsas səbəbidir.

Rusiya təhlükəsizlik sahəsində problemlərin olduğunu başa düşür və hesab edir ki, məhz Ermənistan rəhbərliyinin hərəkətləri İrəvana yardımın ya qeyri-mümkün, ya da çətinləşməsinə gətirib çıxarıb. Təbii ki, Ukrayna ətrafında baş verənlər Rusiyanın Cənubi Qafqaz regionundakı proseslərə təsir imkanlarını nəzərəçarpacaq dərəcədə məhdudlaşdırıb və bu, bir neçə dəfə müzakirə olunub. Amma problemin kökü Ermənistan hakimiyyətinə inamsızlıqdadır. Rusiya öz regional siyasətini Ermənistanın müttəfiq olmadığı paradiqmada qurmağa məcburdur”.

Ekspert bildirib ki, Moskva getdikcə Ermənistanın öz yanlış hesablamaları ucbatından Türkiyə və Azərbaycana qarşı tək qalacağı, Qərbin isə gözləntilərin əksinə olaraq, imdadına çatmayacağı ssenarisini dilə gətirir:

“Görünür, İrəvan öz milli maraqlarını deyil, başqa ölkələrin göstərişlərini rəhbər tutur. Yaxud səhvən belə hesab edirlər ki, antirusiya ritorikası nə qədər sərt olsa, Ermənistan Qərbdən bir o qədər çox yardım alacaq. Ermənistan rəhbərliyi unudur ki, Qərbin Azərbaycanla öz maraqları var. İndi Fransanın yeni strateji müttəfiq olduğunu, onun köməyinə gələcəyini, Ermənistana təcavüzə yol verməyəcəyini söyləmək dəb halını alıb. Soruşmaq istəyirəm, 2022-ci ilin oktyabrında Praqada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Praqa Bəyannaməsi imzalananda Paşinyan, Mişel və Əliyevlə kim bir masa arxasında oturub? Makron oturmamışdı? Mən Fransa ilə münasibətlərin kəsilməsinin tərəfdarı deyiləm, lakin bu münasibətləri digər ölkələrlə, xüsusən də müttəfiqlərlə əlaqələrlə müqayisə etmək olmaz”.

O bildirir ki, ABŞ-dakı siyasi proseslər nəzərə alınarsa, Ermənistan rəhbərliyinin davranışı ikiqat qəribə və risklidir:

“Respublikaçılar Partiyası hakimiyyətə gələrsə – və bu ehtimal çox yüksəkdir – Cənubi Qafqaz Vaşinqtonun xarici siyasətinin diqqət mərkəzində olmaqdan tamamilə çıxacaq və Türkiyənin Amerika administrasiyası üçün rolu xeyli artacaq.

Respublikaçılar Ankaranın Yaxın Şərqdə Moskva və Tehrana qarşı çəkindirici kimi güclənməsində maraqlı olacaqlar. Təbii ki, Ərdoğan Qərb üçün problemli müttəfiqdir, amma hər halda müttəfiqdir.

Rusiya Federasiyası getsə belə, onun yerini Qərbin tutacağı fakt deyil. İran Qərbin Cənubi Qafqazda güclənməsinə imkan verməyəcək”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »