Bakının Zabrat qəsəbəsində gözəllik salonundan 17 min manat dəyərində lazer aparatı oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfər şikayət edərək ona məxsus Zabrat qəsəbəsində yerləşən gözəllik salonundan 17000 manat dəyərində lazer aparatının oğurlanması barədə məlumat verib.
Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 54 yaşlı Rasim Əhmədov və 47 yaşlı Riyad Şükürov saxlanılıblar. Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər.
Faktla bağlı 15-ci PB-də araşdırmalar davam etdirilir. Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.