Ukrayna Rusiyanın 24 PUA-sını məhv etdi

0

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko özünün Telegram kanalında qeyd edib ki, gecə saatlarında Kiyevə PUA-dan hücum edilib.

Bildirilib ki, 28 “Şahed” tipli PUA-dan 24-ü Ukrayna müdafiə qüvvələri tərəfindən havada məhv edilib.

İctimai Rəy “TRT HABER”ə istinadən xəbər verir ki, Hücumun “Şahed” tipli PUA-larla həyata keçirildiyini bildirən Popko Kiyevin Solomyansk rayonunda çoxmərtəbəli binada dağıntıların baş verdiyini və yanğının baş verdiyini qeyd edib.

Popko, sözügedən rayonda baş verən hücum nəticəsində 2 nəfərin yaralandığını bildirib.

İctimai Rəy

Leave A Reply

Your email address will not be published.

Tərcümə »