Maduro, X sosial media hesabında etdiyi paylaşımda, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə dostcasına telefon danışığı etdiyini bildirib.
İctimai Rəy “TRT HABER”ə istinadən xəbər verir ki, Telefon daşığı zamanı “Rusiya-Venesuela ikitərəfli əlaqələri çərçivəsində geniş əməkdaşlıq və müxtəlif mövzuları” müzakirə etdiklərini qeyd edən Maduro, “Biz qardaş xalqlarıq və sarsılmaz birliyə sahibik” deyib.
Venesuela Xarici İşlər Nazirliyinin internet saytında verilən açıqlamada iki ölkənin strateji əlaqələrinin əhəmiyyəti vurğulanaraq, “İki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi müzakirə edildi. Görüş mükəmməl keçdi” ifadəsi işlədilib.