Növbədənkənar prezident seçkilərinin elan edilməsi regional və beynəlxalq şərtlərdən irəli gəlir

0

Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi. Dövlət başçısının imzaladığı sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2024-cü il, fevral ayının 7-də baş tutacaq. Bəs görəsən ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi hansı zərurətdən meydana gəlirdi?

İctimai Rəy xəbər verir ki ,Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə hesab edir ki, növbədənkənar prezident seçkilərinin elan edilməsi regional və beynəlxalq şərtlərdən irəli gəlir. Newscenter.az-ın xəbərinə görə, o bildirib ki, 2024-cü ilin martında Rusiya, noyabrda isə Birləşmiş Ştatlarda seçkilər keçiriləcək:

“Prezident seçkilərindən sonra növbəti mərhələ kimi ölkədə referendum və parlament seçkiləri olacaq”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »