Uzunömürlülərə xas olan xarakter xüsusiyyətləri

0

Madrid Universitetinin alimləri uzunömürlülərə xas olan xarakter xüsusiyyətlərini müəyyən ediblər.

İctimai Rəy xəbər verir ki, araşdırmanın nəticələri “Journal of Happiness Studies” jurnalında dərc olunub.

Məlumata görə, araşdırmada 100 yaşdan 107 yaşa qədər 14 minə yaxın insan iştirak edib.

Müəlliflər xarakter xüsusiyyətlərini müəyyən etmək üçün testlər keçiriblər. Məlum olub ki, bu insanlarda dürüstlük, öyrənməyi sevmək, minnətdarlıq, yüksək intellekt, fəallıq və maraq kimi 19 ümumi xüsusiyyət var.

Əhəmiyyət baxımından ikinci yerdə şənlik, dini inanc, cəsarət və yumor gəlir.

Alimlər bu xüsusiyyətlərin beyin də daxil olmaqla sağlamlığı qorumağa kömək etdiyini bildirib.

“Uzunömürlülərin həyatını təhlil etmək bizə sağlam qocalığa necə nail olmağı anlamağa kömək edir. Yeni mədəniyyətlər öyrənin, səyahət edin, oxuyun, intellektual aktiv qalın, yeni bilik sahələrini araşdırın”, – məlumatda deyilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »