İtaliyada rekord – 21-ci əsrdə belə mövsüm olmamışdı

0

İtaliyada futbol matçlarına gələn tamaşaçıların sayı artır. 

Ötən mövsüm A Seriyasında stadionlar orta hesabla 80,8 faiz dolubsa, bu il ilk on iki turda bu göstərici 81,2 faiz təşkil edib.

Başqa sözlə, bu mövsüm oyunlara hər matçda orta hesabla 30,667 tamaşaçı gəlib ki, bu da 1999/2000 mövsümündə orta tamaşaçı (30,025) sayından yüksəkdir.

Ümumiyyətlə, bütün bu müddət ərzində – 2000-ci ildən 2023-cü ilə qədər orta tamaşaçı sayı üzrə göstərici 30 min nəfər həddini keçməyib.//Fanat.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »