Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ordumuz tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra özünü buraxaraq İrəvana qaçmış “artsax prezidenti” Samvel Şahramanyan iki həftədir ki, Paşinyanla görüşməyə çalışır.
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Baş nazir qəti imtina etmədən bu görüşü hər cür təxirə salır. Şahramanyan hətta dünən mətbuata “vacib bəyanat verəcəyi” barədə məlumat yaymaqla Paşinyana təzyiq göstərməyə çalışıb. O, hesab edir ki, bu, Paşinyanı görüşə razılaşmağa məcbur edəcək, lakin görünür, bu blef uğursuzluğa düçar olub”, – məlumatda deyilir.