Alimlər bəşəriyyətin tamamilə yox olacağı tarixi açıqlayıblar

0

Bəşəriyyət və bütün məməlilər 250 milyon ildən sonra yox olacaq.

İctimai Rəy xarici mediaya istinadla xəbər verir ki, bu barədə Bristol Universitetinin alimlərinin “Nature Geoscience” jurnalında dərc olunmuş materialında deyilir.

“Udulmuş günəş radiasiyası bir neçə milyard il ərzində termal radiasiya emissiyalarını üstələyəndən sonra bütün həyat qarşısıalınmaz istixanada məhv olacaq. Bununla belə, Yer kürəsini məməlilərin yaşayışı üçün yararsız hala gətirən şərtlər plitə tektonikası ilə bağlı uzunmüddətli proseslərə görə daha erkən yarana bilər”, – tədqiqatda yazır.

Alimlər hesab edirlər ki, 250 milyon ildən sonra bütün qitələr Pangea Ultima adlı bir super qitədə birləşəcək. Onun forması ilə bağlı proqnozlar müxtəlifdir, lakin ekspertlər bir məsələdə həmfikirdirlər – qitələr isti, quru və praktiki olaraq yaşamaq mümkün olmayan kütləyə birləşəcək.

Tektonik plitələrin yerdəyişməsi karbon dioksid emissiyalarının artmasına səbəb olacaq ki, bu da planetin güclü istiləşməsinə səbəb olacaq. Bundan əlavə, günəşin təbii parlaqlığı artacaq və bu, Yer atmosferini qızdıracaq.

Layihənin həmrəhbəri Aleksandr Farnsvort “Daily Mail”-ə bildirib ki, “nəticə məməlilər üçün qida və su mənbələri olmayan, əsasən düşmən mühit olacaq”.

Onun sözlərinə görə, torpaqların yalnız 8-16 faizi məməlilərin həyatı üçün yararlı olaraq qalacaq və bəzi uyğunlaşdırılmış növlər sağ qala bilər, lakin bu, yenə də kütləvi məhv olmaq demək olacaq.

Farnsvort bu qənaətə gəlib ki, insan üçün belə bir dünya münasib deyil. İnsanlar bərpa olunan mənbələrlə, iqlimə nəzarət edilən bir mühit yaratsa, sağ qala bilərlər, amma bu, hələ də elmi fantastikadan başqa bir şey deyil.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »