Qarabağdakı sülhməramlı qüvvələrinin komandan müavini HƏLAK OLUB

0

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandan müavini İvan Kovqan həlak olub.

İctimai Rəy xəbər verir ki, bu barədə “SeverPost” məlumat yayıb.

Qeyd olunub ki, sülhməramlı qüvvələrinin komandanının hərbi-siyasi işlər üzrə müavini, 1-ci dərəcəli kapitan Kovqan İvan Vasilyeviç həlak olub.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi sülhməramlıların öldüyü barədə məlumat versə də, ölənlərin sayı və adlarını açıqlamayıb.

Xatırladaq ki, sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçuları faciəvi şəkildə həlak olub.\\musavat

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »