Qərb yenə riyakarlıq edir- Erməninin “təəssübünü” çəkənlərin əsl MƏQSƏDİ

0

Qərbin bəzi siyasətçiləri yenə də qərəz dolu məlumatlar yayır, Azərbaycanı guya ermənilərin mülki şəxslərini, obyektlərini hədəfə götürməkdə günahlandırırlar.

Onlar öz çıxışlarında ermənilərin informasiya savaşında yaydıqları yalan dolu məlumatları əsas götürürlər. Görünür, bu, onlara da sərf edir. Hər zaman ikilistandartlarla çıxış edən Qərb dairələri yenə də haqq-ədalətdən uzaqdır. Onlar Azərbaycanın öz torpaqlarında apardığı antiterror tədbirinə müxtəlif don geyindirməyə çalışırlar.

Azərbaycan Silahlı Qüvvələri yalnız hərbi obyektləri hədəfə götürür. Bunu yayılan videolar da sübut edir. Videodan söz düşmüşkən, erməni tərəfi bu gün hansısa obyektin videosunu yayaraq guya Azərbaycanın mülki obyektləri hədəfə aldığını göstərməyə çalışıb. Sonradan məlum oldu ki, ermənilər həmin obyektləri məhz özləri yararsız vəziyyətə gətiriblər. Quldur erməni separatçıları tələsik qurduqları oyunda obyektin sınmış şüşələrinin fotosunu yaysalar da, hər hansı bir qəlpə, hərbi sursat görüntüləyə bilməyiblər. Olmayan şeyi necə görüntüləsinlər…

Lokal xarakterli antiterror tədbirləri uğurla davam edir - VİDEO -  20.09.2023, Sputnik Azərbaycan

Antiterror tədbirləri başlayan andan etibarən həm media, həm rabitə vasitəsi ilə, həm də MN tərəfindən Qarabağdakı erməni əhali məlumatlandırılıb və xəbərdarlıqlar edilib.

Bundan öncə də Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, mülki əhali ilə bizim heç bir işimiz yoxdur. Onlar Azərbaycan qanunları ilə ərazidə yaşaya da bilərlər. Azərbaycan separatçılara, terroristlərə qarşı antiterror tədbirləri aparır. Həmin terrorçulara qarşı ki, onlara dəfələrlə xəbərdarlıq edilib, ancaq yenə də bədnam əməllərindən əl çəkməyiblər. Azərbaycan heç bir halda mülki əhaliyə xələl gətirilməsini istəmir və bunun üçün Silahlı Qüvvələrimiz öz üzərinə düşən vəzifələri yerinə yetirirlər.

Ermənistan SQ-nin bir neçə hərbi kolonuna dağıdıcı zərbələr endirilib -  VİDEO - 20.09.2023, Sputnik Azərbaycan

Məsələ burasındadır ki, bu gün mülki əhalinin “təəssübünü” çəkən Qərb siyasətçiləri 2020-ci ildə Ermənistan SQ tərəfindən mülki əhalinin hədəfə götürülməsi, Gəncə, Bərdə və Tərtərin vəhşicəsinə atəşə tutulması, yüzlərlə mülki şəxsin qətlinə nə o vaxt, nə də sonra münasibət bildirmədilər. Halbuki ermənilər müharibə aparılan ərazidən uzaq olan, dinc həyatın hökm sürdüyü Gəncəni, Bərdəni, Tərtəri gecə-gündüz raket atəşinə tutur, açıq şəkildə terror edirdilər. Bu terrora susan, indi isə boş-boş danışan Qərb ikili yanaşma, riyakarlıq nümunəsi ortaya qoydu.

Hər zaman dediyini edən, zamanı doğru qiymətləndirən Ali Baş Komandan, Prezident İlham Əliyev bildirib ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Bu açıqlama verilibsə, artıq danışmaq kimsənin həddinə deyil. Azərbaycan ermənilərdən fərqli olaraq heç bir qeyri-qanuni, gizlin, məkrli addım atmır, başqasının torpağına təcavüz etmir.

President Ilham Aliyev: I am sure that the successful development of our  country will be ensured by the end of the year - AZERTAC

Antiterror tədbirlərinin dayandırılması məsələsinə gəlincə bunun da şərtini prezident açıqlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırıb.

Dövlət başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib.

Daha artıq şərhə də ehtiyac yoxdur…

(musavat.com)

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »