Gündəmdə olan F-35 döyüş təyyarəsi bu dəfə ABŞ-da qəzaya uğrayıb

0

Son zamanlar gündəmdə olan F-35 döyüş təyyarəsi bu dəfə ABŞ-da qəzaya uğrayıb. Təyyarənin qalıqlarının hələ də tapılmaması bütün dünyada müzakirələrə səbəb olub.

İctimai Rəy bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, Cənubi Karolina ştatının North Charleston şəhərində qəzaya uğrayan təyyarənin pilotu paraşütlə tullanıb və yaralı halda tapılaraq xəstəxanaya aparılıb.

Günorta saatlarında baş vermiş qəza nəticəsində düşən təyyarənin qalıqlarının hələ də tapılmadığı bildirilir.

Ən müasir təyyarənin tapılmaması ciddi reaksiyaya və etirazlara səbəb olub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »