Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə Zelenski özünün sosial media hesabında məlumat yayıb.Telefon danışığı zamanı Qara dənizdə Ukrayna ərzaq məhsullarının ixracı üçün taxıl dəhlizinin işi və Ukraynanın Fransadan təhlükəsizlik zəmanəti alması mövzuları müzakirə edilib.
“Biz dəniz yollarının mühafizəsi sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik”, – Zelenski yazıb.
Ukrayna prezidenti əlavə edib ki, o, Emmanuel Makrona cəbhənin hər bir istiqaməti üzrə döyüş bölgəsindəki vəziyyət barədə məlumat verib. Zelenski Fransa prezidentinə Ukrayna üçün lazım olan silahların siyahısını verib.