“Aşıq sənətində gənclik və sənətin gələcəyi” adlı layihənin icrası başa çatıb

0

“Folklor və Musiqi İrsini Təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aşıq sənətində gənclik və sənətin gələcəyi” adlı layihəni yekunlaşdırıb.

QHT sədri Nemət Qasımov  bildirib ki, iki aylıq layihə çərçivəsində Azərbaycan aşıq sənətinin öyrənilməsi, təbliği, dünyaya tanıdılması istiqamətində internet resursları üzərindən  təbliğedici iş aparılıb.

İki aylıq (iyul-avqust) layihə çərçivəsində gənclər arasında zəngin aşıq sənətinin, qədim musiqi alətlərinin təbliği məqsədilə hazırlanan 5 yazının hər biri   6 yerli internet resursunda, eyni zamanda digər sosial şəbəkə, qrup və səhifələrdə ictimailəşdirilib. 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »