Paşinyan yeni radikal mövqe ortaya qoyub

0

N.Paşinyana Qafan aeroportuna düşməyə icazə verməmək lazım idi. Qafanda Azərbaycana qarşı yeni təxribatlara hazırlıq gedir. Ermənistan Zəngəzuru təkcə hərbiləşdirmir, beynəlxalq diqqəti buraya cəlb edir. Qafanda konsulluqlar açmasi məhz bu prosesin tərkib hissəsidir.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə,
Ermənistanla Azərbaycan arasında danışıqlar faktiki dayanıb. Bu danışıqların dayanması üçün provakasiyaların arxasında Rusiya və Fransa durur. Rusiya Qarabağın reinteqrasiya prosesinə mane oldu. Fransa da Ermənistana bir neçə silah növü verməklə, sülh danışıqlarından çəkindirdi. Ermənistanla yeni müharibə riski var. Növbəti aylarda Ermənistan hərbi təxribatlara əl atması mümkün ola bilər:

“Ermənistan hərbi təxribatlara getməklə Azərbaycana yeni təzyiqlərin formalaşmasına çalışacaq. Birinci, Laçın yolunun əvvəlki vəziyyətinə qaytarmaq. İkinci, Qarabağa Kosovo modeli tətbiq etmək. Ermənistan Baş naziri Nikol Paşinyan əvvəlki mövqeyindən geri çəkilərək daha da radikal mövqeyə keçməsi görünür. Ona görə də Ermənistanı sülhə məcbur etmək üçün mütləq şəkildə təzyiqlər həyata keçirilməlidir. Hətta Qafan aeroportuna tam nəzarəti götürməklə,. Xocalı aeroportuna eyni ssenarini tətbiq etmək lazımdır”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »