“DAYAQ” təşkilatının baş ofisində vətən müharibəsi qaziləri ilə görüş keçirilib

0

Benilüks Azərbaycanlıları Konqresi ilə “DAYAQ” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının təşkilatçılığı ilə “DAYAQ” təşkilatının baş ofisində vətən müharibəsi qaziləri ilə görüş keçirildi.

“DAYAQ” təşkilatının sədri Qalib Əliyev tədbiri açaraq vətən müharibəsi qazilərini salamlayaraq, Avropada fəaliyyət göstərən diaspora fəaliyyətindən söz açdı.

Daha sonra Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov çıxış edərək “DAYAQ” təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək, gələcək əməkdaşlıq planları haqda fikirlərini bölüşdü.

Elsevər Məmmədov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük vətən müharibəsi və post müharibə dövründə diaspora fəalları dahada əzmlə fəaliyyət göstərdiyini vurğuladı. Diaspora rəhbəri bildirdi ki, ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi hörmətlə anır, qazilərimizə yaradandan şəfa diləyir.

“DAYAQ” təşkilatının sədr müavini Məcid Məmmədov ümumilikdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlətimizin diqqət və qayğısından söz açaraq qeyd etdiki, gələcəkdədə Benilüks Azərbaycanlıları Konqresi, “Dayaq” Təşkilatı ilə birgə dövlətimizin prioritet məsələlərindən olan həsas təbəqədən olan vətəndaşlara dəstəyini göstərməyə davam edəcəkdir.

Qazilətimiz və müharibə iştirakçılarımız arasında Gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi turnirindən qalibiyyətlə dönən Asxab Kalayev və qızıl medala layiq görülmüş Ömər Cavadov hədiyyələrlə və fəxri diplomlarla təltif olundu.






Leave A Reply

Your email address will not be published.

Tərcümə »