Xaçmazda kütləvi dava olub, iki qardaş döyülüb

0

Xaçmaz rayonunda kütləvi dava olub, iki qardaş xəsarət alıb.

“Report”un Şimal bürosunun məlumatına görə, rayon sakinləri, 1988-ci il təvəllüdlü Məhərrəmov Müzəffər Eyvaz oğlu və onun qardaşı, 1979-cu il təvəllüdlü Məhərrəmov Məlik Eyvaz oğlunun tanıdıqları şəxslərlə aralarında mübahisələri düşüb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Nəticədə Məhərrəmov qardaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »