Sabah 42 dərəcə isti olacaq

0

Azərbaycanda avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 33-38° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »