“Ermənistan ölkəmizə qarşı ekoloji terror siyasəti yürüdür”

0

Ermənistanın dağ-mədən sənayesində ekoloji pozuntularla əlaqədar “Environmental Protection First” (EPF) Koalisiyasının elan edilməsinə dair bəyanat yayan qeyri-hökumət təşkilatlarının (QHT) bu təşəbbüsünü biz də dəstəkləyirik. Belə bir koalisiyanın elan edilməsi tam da zamanında atılmış addımdır. Çünki Ermənistan adlı şər dövlət bugün faktiki olaraq ölkəmizə qarşı ekoloji terror siyasəti yürüdür.

Bəyanatda da qeyd edildiyi kimi bədnam qonşumuzun dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozması və oradan buraxılan zəhərli kimyəvi tullantılar Azərbaycanla sərhəddə su resurslarına, ətraf mühitə böyük ziyan vurur. Ermənistan istər torpaqlarımızı işğal altında saxladığı dönəmdə, istərsə də 44 günlük müharibədən sonrakı dövrdə ekosistemin məhv edilməsi istiqamətində atdığı addımlarla qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları kobud surətdə pozub və bu gün də pozmağa davam edir. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistanın ekoloji terror siyasətinə laqeyd qalmamalıdır.

Ermənistanın bütün regionun ekoloji durumunu ağırlaşdıran bu cür barbar siyasətini dayandırmaq üçün həm müvafiq beynəlxalq təşkilatları bir an öncə hərəkətə keçməyə, prosesə müdaxilə etməyə səsləmək lazımdır, həm də dağ-mədən sənayesi sahəsində Ermənistanla əməkdaşlıq edən xarici şirkətlərə ciddi xəbərdarlıq olunmalıdır. O şirkətlər beynəlxalq konvensiyaların norma və prinsiplərini kobud surətdə pozma hallarına görə cəzasız qalmayacaqlarını dərk etməlidirlər. Ermənistanın və bəzi xarici şirkətlərin mafioz işbirliyini və ekoloji vandalizmini dayandırmaq indi hamımızın prioritet vəzifəmiz olmalıdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »