“Qarabağ” bu gün cavab matçına çıxacaq

0

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Polşanın “Rakuv” komandasını qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi Sven Yablonski olacaq.

İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan “köhlən atlar” mərhələni adlamaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.

Qeyd edək ki, bu cütün qalibi III raundda Kipr “Aris”i ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »