“Qarabağ erməniləri özlərini Azərbaycanın tələblərinə uyğun aparsalar… “

0

Mahiyyət etibarilə Ermənistanın Qarabağa qaz verməsi heç nəyi dəyişmir. Azərbaycan dinc əhali ilə mübarizə aparmır və belə bir fikri də yoxdur. Onsuz da bu təchizatın yaxın müddətdə Azərbaycan üzərindən ediləcəyi şübhəsizdir. Azərbaycan Ermənistandan fərqli olaraq ilk dövrlər erməni əhalini qazla təmənnasız da təchiz edə bilər. Azərbaycan dövlətinin buna imkanı çatır. Bu, Azərbaycanın etmədiyi iş deyil. Gürcüstanın erməni kilsələrinə qazı Azərbaycanın pulsuz verdiyini ermənilər də bilir.

Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, təbii ki, Qarabağ erməniləri özlərini Azərbaycanın tələblərinə uyğun aparsalar, Azərbaycan onlara göstərə bilər ki, hal-hazırda yaşadıqları çətin durum Azərbaycanın nəzarətində yaşadıqda daha rahat və firavan həyatla əvəz olunacaq. Onların müxtəlif təminatları indiki kimi çətinliklə üzləşməyəcək:

“Azərbaycan dövləti onlara normal yaşamaq üçün hər şəraiti təmin edəcək. Azərbaycan vətəndaşlarının hüquqları onlara da şamil ediləcək. Azərbaycan dövləti deyilən məsələləri erməni əhali üçün təmin edərkən təbii ki, azərbaycanlı əhalinin də narazı təbəqəsinin rifah halının yaxşılaşdırılması üçün ciddi addımlar atmalıdır”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »