“Bayden və Sunakın məktubları müsbət qiymətləndirilməlidir”

0

Bu il Bakı Enerji Həftəsi çərçivəsində28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin keçirilməsi həm də ABŞ Prezidenti Cozef Baydenin və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın bununla bağlı Prezident İlham Əliyevə təbrik məktubları ünvanlaması ilə əlamətdar oldu. Bu da Bakı Enerji Həftəsinə beynəlxalq miqyasda diqqətin göstəricisidir.

Qərbin aparıcı dövlətlərinin liderlərinin göndərdiyi hər iki məktubda səslənən fikirlər Azərbaycanın dünyanın qlobal təhlükəsizlik, o cümlədən Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı rol oynayan ölkələrdən biri olduğunu təsdiqləyir. Belə ki, Azərbaycanın reallaşdırdığı meqa-layihələr, neft-qaz layihələri hazırkı geosiyasi təlatümlər şəraitində bütün dünya üçün önəmli, əlverişli rol oynayır. Bu mənada, Birləşmiş Ştatların Prezidenti Co Baydenin məktubunda Azərbaycanın təhlükəsiz və təmiz enerji ilə bağlı göstərdiyi səylərin yüksək qiymətləndirilməsi həqiqətən də təqdirəlayiqdir.

Yeri gəlmişkən, ABŞ lideri son bir həftə ərzində Azərbaycan Prezidentinə iki dəfə təbrik məktubu ünvanlayıb. Bunların birincisi 28 May – Müstəqillik Günü ilə bağlı olan təbrik məktubudur, digərinin Bakı Enerji Həftəsi münasibətilə göndərildiyini isə yuxarıda qeyd etmişik. Ağ Ev rəhbərinin hər iki məktubunda olduqca mühüm siyasi mesajlar yer alıb.

Bayden Azərbaycanın gerçəkləşdirdiyi islahatlar prosesində və eləcə də sülh təşəbbüslərində ABŞ-ın Azərbaycanın yanında olacağını diqqətə çatdırıb. Bu da öz növbəsində olduqca önəmli siyasi dəstəkdir. Daha doğrusu, Amerika Birləşmiş Ştatlarının rəhbəri Azərbaycana açıq şəkildə siyasi dəstək nümayiş etdirib. Ümumən, istər Baydenin, istərsə də İngiltərənin Baş naziri R.Sunakın məktublarını müsbət qiymətləndirilməlidir. Bakının çoxşaxəli, çevik xarici siyasəti dünya liderlərinin dəstəyini qazanmağa etibarlı zəmin yaradır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »