Yaponiyanın baş naziri Fumio Kişida ölkəsinin NATO-ya üzvlük perspektivləri barədə danışıb.
NEXTA xəbər verir ki, o, hazırda belə bir planın olmadığını bildirib.
“Yaponiyanın NATO-ya nə daimi üzv, nə də assosiativ üzv kimi daxil olmaq planları yoxdur”, – deyə baş nazir söyləyib.
Qeyd edək ki, Yaponiya NATO-nun Sakit okean və Şərqi Asiya regionunda müttəfiqidir.