Ukrayna ordusu 40 min hərbçi itirib – Polkovnik

0

Müharibə başlayandan bəri Ukrayna silahlı birləşmələrinin verdiyi itkilərin sayı təxminən 40 min nəfərdir.

Modern.az xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik, “İgidlik” ordeni ilə təltif olunan döyüşçü Roman Nasonov “Ura.ru”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynanın müharibə itkilərinin sayı dəqiq məlum deyil, lakin ölən və yaralanan hərbçilərin sayı 40 minə yaxındır.

Bundan əlavə, Nasonov Ukrayna Silahlı Qüvvələrinin vəd edilmiş əks-hücum əməliyyatını həyata keçirə biləcəyinə şübhə ilə yanaşdığını söyləyib. Onun fikrincə, hazırda Ukrayna ordusu əks-hücuma keçmək gücündə deyil.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »