Həbsdə olan ərinə narkotik keçirmək istəyən qadın saxlanıldı

0

Bakıda həbsdə olan ərinə narkotik keçirmək istəyən qadın saxlanılıb.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sadiq Əhəd oğlu Fətullayev ilə qısamüddətli görüşə gələn arvadı Naidə Şikar qızı Nağıyevanın gətirdiyi əşyalara və üzərinə baxış keçirilən zaman üzərində gizlətdiyi 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,723 qram olan psixotrop maddə – metamfetamin və ümumi çəkisi 0,945 qram olan narkotik maddə – marixuana aşkar olunub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »