Azərbaycan gənci, gəncliyi güclüdür

0

Uğurlu gəncliyin təməli bilikdir. Cəmiyyət üçün lazımlı kadr kimi yetişmək üçün sahən üzrə yaxşı ixtisaslaşmaqdan əlavə, sosial aktivlik də başlıca amillərdən biridir.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin, müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərə bir çox fürsətlər yaradıb. İstər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə və müxtəlif dövlət orqanların fəaliyyətinə könüllülərin cəlb edilməsi ilə könüllülük hərəkatının geniş vüsət alması, istərsə də gənclərin şəxsi inkişafına dəstək verən iriçaplı müxtəlif layihələrin həyata keçirilməsi aparılan gənclər siyasətinin uğurlu təzahürüdür.

Bu gün, kommersiyalaşdırma və eyni zamanda ali təhsilin cəlbediciliyində böyük artım sayəsində gənclərin əhəmiyyətli bir hissəsini tələbələr təşkil edir.

Düşünürəm ki, hər bir sahədə olduğu kimi, tələbələr arasında sa sağlam rəqabətə yer verilməlidir.
Rəqabət hər sahədə artır, elə kadrlar arasında da. Çünki tələb budur. Artıq yaxşı kadr daha yaxşı olmağa, daha yaxşısı da daim özünü inkişaf etdirməyə çalışır. Bu rəqabət fonunda “özünü inkişaf etdirmək” ifadəsini son vaxtlar daha çox eşidirik. Karyerasında müəyyən nailiyyətləri olan şəxslər uğurların əldə edilməsi və davamlı olmasında hər zaman bu faktoru vurğulayır və gənclərə də bunu məsləhət görürlər.

Gənclərin bir qismində bu enerjini də görürük, dil öyrənirlər, müxtəlif kurslara, təlimlərə gedirlər, öz inkişafları üçün lazım olan kitabları seçib oxuyurlar. Amma bunu heç də hər kəs bacarmır, seçilən yol yanlış olanda isə nəticə istənilən kimi olmur.

Tələbə heyəti, gəncliyin ayrılmaz bir hissəsi olmaqla, xüsusi həyat şərtləri, iş və həyat, sosial davranış və psixologiya və dəyər oriyentasiya sistemi ilə xarakterizə olunan xüsusi bir sosial qrupdur. Nümayəndələri üçün seçilmiş maddi və ya mənəvi istehsal sahəsindəki gələcək fəaliyyətlərə hazırlıq tək olmasa da əsas məşğuliyyətdir. Sosial qrup olaraq tələbə heyəti, müəyyən sosial əhəmiyyətli istək və vəzifələri olan gənclərin birliyidir.

Hazırda tələbə gənclər arzularını reallığa çevirmədən edə bilməzlər. Və bu işdə ona yalnız dövlət kömək edə bilər. Tələbə yaşı ilə əlaqədar qoruyucu tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki gələcək mütəxəssislərin daha uğurlu peşəkar inkişafına tam töhfə verə bilər.

Bu arada könüllükük məsələdinə toxunmaq istəyirəm. Azərbaycanda könüllülük hərəkatının geniş vüsət alması, tələbə-gənclərin bu sahədə xüsusilə aktivlik göstərməsi müsbət haldır. Azərbaycanda bu hərəkata ciddi dövlət dəstəyi olduğundan, günü-gündən könüllü olan gənclərin sayı artır.

Tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına göstərilən dövlət dəstəyi gənclərin bu sahəyə marağını artırır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti böyük nəticələr verir.

Azərbaycan dövlətinin dəstəyilə fəaliyyət göstərən gənc könüllülərin bir çox sahədə, o cümlədən də “ASAN xidmət”, DOST və digər layihələrdə yaxından iştirakı bu sahəyə böyük töhfə verib. “ASAN xidmət” Mərkəzinin bazasında yaradılan könüllülük korpusunda çox aktiv gənclər çalışırlar.

Dövlət gənclər siyasətinə dəstək verməsəydi, bu boyda könüllülər hərəkatı yarana bilməzdi. Bizim üzərimizə təhsil almaq, dövlətimizə, xalqımıza yararlı kadr olmaq vəzifəsi düşür ki, bunu gəncliyimiz yerinə yetirəcək. Çünki Azərbaycan gənci, gəncliyi güclüdür.

Ayan İskəndərli
Bakı Dövlət Universiteti; Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi, 1-ci kurs tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »