Moldova Ukrayna ordusuna təşəkkürünü bildirib

0

Rusiya Odessanı, Nikolayevi zəbt edib Moldovaya girmək istəyirdi. Amma Ukrayna xalqının, ordusunun sayəsində onların bu planı baş tutmadı. Buna görə ukraynalı dostlara minnətdarıq.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Moldova parlamentinin sədri İqor Qrosu bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada başqa problemləri var:

“Əvvəlki günlərdən fərqli olaraq hazırda Rusiyadan ölkəmizə birbaşa hücum təhdidi hələki görmürük. Çünki hazırda şərq cəbhəsində ukraynalı dostlarımız onları əməlli başlı məşğul edir. İndi Rusiyanın orada başqa problemləri var. Hazırda özləri müdafiə üçün istehkamlar qururlar”.

İqor Qrosu bildirib ki, Rusiya Moldovanı işğal etmək istədiyini gizlətmirdi:

“Onlar (Rusiya) bunu gizlətmir ki, Moldovanı işğal etmək istəyirlər. Bilirəm ki, ilkin planları da bu idi. Ukraynada Odessanı, Nikolayevi zəbt edib Moldovaya girmək istəyirdilər. Amma Ukrayna xalqının, ordusunun sayəsində onların bu planı baş tutmadı. Buna görə ukraynalı dostlara minnətdarıq. İndi də onlar (Rusiya) bu səbəbdən başqa problemlər yaşayırlar. Odur ki, indi bizə birbaşa hücum təhdidi görmürəm. Bununla belə, bu o amlama gəlmir ki, biz hazırlaşmamalıyıq və müdafiə potensialımızı gücləndirməməliyik”, – deyə, o, əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »