Miqrasiya qanunvericiliyi mövzusunda seminar keçirilib

0

Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya üzrə Regional Təlim Mərkəzində miqrasiya qanunvericiliyi mövzusunda maarifləndirici seminar təşkil olunub.

DMX yanında İctimai Şuranın və İNJURİA Hüquq Platformasının təşkilatçılığı ilə “Miqrasiya qanunvericiliyinə giriş” mövzusunda keçirilən seminarda Bakı Dövlət Universitetinin “SABAH” qrupları və hüquq fakültəsinin tələbələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən İctimai Şuranın və “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov Azərbaycan Respublikasında geniş vüsət alan miqrasiya prosesləri barədə danışıb, bu proseslərin ayrı-ayrı aspektlərinə və onları şərtləndirən amillərə nəzər salıb, miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinin müxtəlif aspektlərinə toxunub.

Miqrasiya hüququ barədə geniş məlumat verən İNJURİA Hüquq Platformasının təsisçisi Kəmalə Məmmədova miqrasiya qanunvericiliyinin əsas müddəaları, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti və daimi yaşama icazələrinin, iş icazələrinin əldə olunması, vətəndaşlığın əldə edilməsi, əcnəbilərin sahibkarlıq fəaliyyətinin təmin olunmasının hüquqi əsasları və digər maraq doğuran məsələlər haqqında danışıb.

Sonda tələbələrin çoxsaylı sualları çıxışçı ekspertlər və tədbirdə iştirak edən DMX əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »