Ən yüksək temperatur Maştağada, minimum isə Gədəbəydə…

0

Respublikanın əksər bölgələrində may ayının birinci ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim norması daxilində, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1º yüksək olması ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 15,5º, Naxçıvanda 16º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 17-18º, Şəki-Zaqatalada 15-16º, Lənkəran-Astarada 14-17º, Gədəbəydə 10º, Quba və Dağlıq Şirvan bölgəsində 13-14º, Gəncədə və Goranboyda 16-18º, Ceyrançöldə və Tovuzda 16º qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəydə 1º, Dağlıq Şirvan bölgəsində və Qubada 6-7º, Lənkəranda və Gəncədə 9º, Tovuzda və Ceyrançöldə 7-8º, Şəki-Zaqatala bölgəsində 7-10º, Bərdə-Tərtər və Mərkəzi Aranda 10º, Maştağada və Cəfərxanda 12º təşkil edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »