Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyanın paytaxtı Londona səfər edəcək.
“Unikal” xəbər verir ki, bu barədə o, “Telegram”da yazıb.
Zelenski qeyd edib ki, havada və yerdə müdafiə imkanlarının artırılmasında Böyük Britaniya liderlik edir. Bu gün keçiriləcək görüşlərdə bu sahədə əməkdaşlıq müzakirə olunacaq.