Təxribata cəhd edən 3 erməni hərbçi zərərsizləşdirildi

0

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Daha sonra bildirilib ki, Ermənistan ordusu Azərbaycan mövqelərini minaatanlardan atəşə tutur. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Ermənistan Müdafiə Nazirliyi təxribata cəhd edərkən yaralanan erməni hərbçilərin sayını açıqlayıb.

Qeyd olunur ki, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində Ermənistan ordusunun üç hərbi qulluqçusu yaralanıb. Erməni KİV-lərində yaralıların daha çox olduğu bildirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »