MHP rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

0

Milli Həmrəylik Partiyasının (MHP) rəhbərliyi müstəqil Azərbaycan dövlətinin xilaskarı, xalqımızın dahi lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə mayın 10-da Fəxri Xiyabana gələrək, Ulu Öndərin xatirəsini yad edib, onun məzarı önünə gül dəstələri qoyub.

Partiyanın sədri Əlisahib Hüseynov görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anaraq, məzarı üzərinə gül qoyub.

MHP rəhbərliyi ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış dərin siyasi böhran və iqtisadi tənəzzül şəraitində Azərbaycanın müstəqil bir dövlət kimi öz mövcudluğunu qoruyub saxlamasında və inkişaf etməsində Ümummilli liderimiz Heydər Əliyevin misilsiz fəaliyyətini və müdrik siyasətini minnətdarlıq hissilə xatırlayıb.

Sonda Ulu Öndərin ruhuna dualar oxunub.


Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »