Eskişehirdə Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilib

0

Türkiyənin Eskişehir şəhərində, Eskişəhir Azərbaycanlılar Dərnəyinin dəstəyilə Anadolu Universiteti Heydər Əliyev Araştırma və Tətbiq mərkəzi tərəfindən müasir Azərbaycan dövlətinin memarı, görkəmli dövlət xadimi H.Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbir H.Əiyevin həyat və yaradıcılığından bəhs edən sənədli film ilə başlayıb. Nəzərə çatdıraq ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan edilib.

Tədbir opera sənətçisi, Eskişehir Azərbaycanlılar Dərnəyinin Qadın Qolları Sədri Fidan Hüseynovanın ifasıyla başlayıb, bunu da qeyd edək ki, Fidan xanım tədbirde xüsusilə H.Əliyevin sevdiyi eserlerdən olan “Küçələrə su səpmişəm” və “Alagöz” mahnılarını ifa edib. Panel söhbətinə keçmədən əvvəl, Anadolu Universiteti Heydər Əliyev Uygulama və Araştırma mərkəzinin rəhbəri Prof.Dr Burhan Sayılır həm mərkəz haqqında məlumat verdi, eləce də H.Əliyevin 100 illiyi ilə əlaqədar xatirə kitabı dərc edəcəklərini də vurğuladı.

Daha sonra tədbir iştirakçılarını salamlayan Eskişəhir Azərbaycanlılar Dərnəyinin Başkanı Cavid Aydın müasir Azərbaycan dövlətinin və diaspor quruculuğunun banisi H.Əliyevin misilsiz xidmətlərinden danışıb. Sonda isə Azərbaycanin Ankaradaki səlahiyyətli səfiri cənab Rəşad Məmmədovun məktubunu başda Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal olmaq üzərə tədbir iştirakçılarına ərz edib. H. Əliyevin 100 illiyinə həsr olunan tədbir programi Anadolu Universiteti rektoru Prof. Dr.Fuat Erdalin nitqi ilə davam edib. O, tarixin müxtəlif mərhələlərində H.Eliyevin göstərdiyi fəaliyyətlərə, Türkiyə Azərbaycan arasındakı ikili münasibətlərə diqqət çəkib.

Tədbir Prof.Dr. Burhan Sayılır, Prof. Dr.Gokhan Güneysu, Prof. Dr. Azer Hatemoglu Hatemovun birgə paneli ilə davam edib. Paneldə H. Əliyevin çoxşaxəli fəaliyyətinden, Türkiyə Azərbaycan münasibətlərinə verdiyi töhfələrdən, vətən və millət naminə göstərdiyi fədakarlıqlardan, onun siyasi vizyonu ile Azərbaycanı parçalanma və məhv olma təhlükəsinden qurtarma cəhdlərindən, Azərbaycan millətini rifah, inkişaf və əmin əmanlıq yoluna çıxaran misilsiz xidmətlərinden danışılıb. Tədbir böyük maraqla qarşılanıb və H. Əliyevin siyasi irsi dinləyiciləre çatdırılıb.

Qeyd edək ki ayrıca 10 May axşam saat 20.00’də Eskişəhir Azərbaycanlılar Dərnəyi çərşənbə söhbətlərində Heydər Əliyev 100 illiyinə həsr olunmuş “Müstəqilliyin Dəvamçısı” konfransı baş tutacaq.





Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »