Azərbaycanda 100-ə yaxın idmançı bir araya toplaşdı – SƏBƏB

0

Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə Braziliya Ciu-citsu döyüş sənəti üzrə seminar keçirilib.

Braziliya Ciu-citsu döyüş sənətinin Azərbaycandakı banisi Taleh Həsənov tərəfindən təşkil edilən seminarda 100-ə yaxın idmançı iştirak edib.
Seminar çərçivəsində imtahanlar verilib, müxtəlif dərəcələr alınıb.

Bundan başqa, seminarda məşqçilərin uşaqlara qarşı münasibət və davranışları da müzakirə edilib. Onlara uşaqlarla yumşaq davranmaq, düzgün təlim-tərbiyə keçmək tövsiyə olunub.

Tədbirdə idmançılar fəndlər göstərdikdən sonra onların kəmər dərəcələri yoxlanılıb. Seminarda azyaşlılarla yanaşı məşqçilərə də təlim keçirilib.





Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »