Azərbaycan Avropa üçün çox önəmli ölkəyə çevrilib

0

Ölkəmizin beynəlxalq nüfuzu, görün, nə qədər yüksəlib. Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır.

Bu fikirləri Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söyləyib.

Dövlətimizin başçısı deyib: “Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın biz rəhbərlik edirik və ümumi rəyə görə, ləyaqətlə rəhbərlik edirik. Əgər belə olmasaydı, bizim sədrlik müddətimiz 120 ölkənin yekdil səsi ilə daha bir il uzadılmazdı”.

Prezident qeyd edib ki, bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib.

“Biz Avropa İttifaqına üzv ölkələrin üçdəbiri – doqquz ölkə ilə strateji tərəfdaşıq. Yəni, beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Biz beynəlxalq müstəvidə bizə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilmişik və bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün də öz rolunu oynamışdır. Çünki biz həqiqəti sübut etmişik. Biz yalnız həqiqəti sübut etməyə çalışırdıq və ona nail olduq ki, bu, bizim torpağımızdır. Bax, durduğum torpaq Azərbaycan torpağıdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işimizlə bu hüquqi və siyasi bazanı yarada bilmişik”, – deyə dövlətimizin başçısı qeyd edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »