Xankəndi həll olunub, 8 kənd… – ABŞ görüşündə son durum

0

Vaşinqtonda davam edən danışıqların müəyyən detalları media tərəfindən tirajlanır.

Publika.az  xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri “münasibətlərin tənzimlənməsi sazişi” üzərində müzakirələr aparır.

Artıq bir neçə gündür davam edən danışıqlarda yekun nəticələrin olacağı gözləntisi böyükdür.

Ermənistan mediası isə yazır ki, İrəvan Qarabağ məsələsində Bakının gündəliyini qəbul edib, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan da dünənki çıxışında bəyan etdi.

“Hraparak” nəşri isə mənbələrə istinadən yazır ki, imzalanacaq sənədə Qarabağ məsələsi daxil edilməyib:

“Müzakirə edilən məsələlərdən biri Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin qorunmasıdır, bu məsələdə Azərbaycan ciddi zəmanətlər verəcək. Lakin əsas mübahisəli və razılaşdırılmayan məsələ anklavlardır. Bakı bununla bağlı israrını davam etdirir”.

Qeyd edək ki, söhbət Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndindən gedir. Bu kəndlər delimitasiya prosesində Azərbaycana qaytarılmalıdır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »