Dövlət Komitəsinin səlahiyyətinin artırılması təklif edildi

0

Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin tikinti üçün icazələrin verilməsi və problemləri öz üzərinə götürməsi üçün səlahiyyət olmalıdır.

Bunu Milli Məclisin deputatı Rüfət Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.

“Əsasən Bakının rayonlarında və regionlarda müşahidə edilən hal var ki, Şəhərsalma və Arxitektura Komitəsi tikinti üçün icazəni verəndən sonra elə ki 3 daş qoyulur, bir də görürsən hərə bir qara qovluqla tökülüşüb gəlib. Onlar da bu tikintinin sənədinin göstərilməsini tələb edir. Sənəd göstərilir, amma deyirlər ki, yox, get filan yerdən də icazə al. Qanun deyir ki, 12 metr hündürlüyə qədər olan tikintilərdə heç bir sual olmamalıdır. Amma yenə də gəlirlər və hər kəs bir-birinin boynuna atır”, – deyə deputat vurğulayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »