NATO rəsmisi Hikmət Hacıyevlə görüşündən YAZDI

0

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsseldə NATO Baş katibinin köməkçisi general David Katlerlə müzakirə etdiyi məsələlər açıqlanıb.

Bu barədə D.Katler tviter hesabında yazıb.

“Azərbaycan və NATO bizim əməkdaşlığımızdan təhlükəsizlik, müdafiə sahəsində islahatlar və terrorçuluqla mübarizə də daxil olmaqla bir sıra sahələrdə faydalanır”, – o deyib.

D.Katler səmərəli müzakirəyə və 20 ildən artıqdır davam edən tərəfdaşlığa görə Azərbaycana təşəkkür edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »