Fəaliyyətini dayandıran partiyaların sədrləri nə işlə məşğul olacaqlar? – SORĞU

0

Siyasi partiyalar haqqında yeni qanunun qəbulundan üzü bəri artıq bir sıra partiyalar öz fəaliyyətlərinə xitam veriblər. Onların sayının 18 olduğu bildirilir.

Görəsən, siyasi fəaliyyətə son qoyan partiyaların sədrləri bundan sonra nə ilə məşğul olmağı planlaşdırırlar?

Bizim.Media bu suala cavab tapmaq üçün partiya sədrləri arasında sorğu keçirib:

ANAP-ın sabiq sədri Abutalıb Səmədov hazırda siyasi ekspert kimi fəaliyyət göstərdiyini dedi: 

“Alyans” Strateji Araşdırmalar Mərkəzi yaratmışıq. Başqa planlarım da var. Məqamı çatanda onları da açıqlayacağam”.

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova hazırda iki sahədə çalışır: 

“Müəlliməyəm. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın tənzimlənməsi fənni üzrə dərs deyirəm. Eyni zamanda, “Bank Respublika” ASC-də şöbə müdiriyəm”.

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov da müəllim kimi fəaliyyət göstərir: 

“Siyasi fəaliyyətimi fərdi şəkildə davam etdirirəm. Eyni zamanda, elmi fəaliyyətlə də məşğulam. Dövlət İdarəçilik Akademiyasında müəllim işləyirəm”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli həm ekspert, həm də müəllim olaraq çalışır:

“Siyasi və hüquqi ekspert olaraq fəaliyyətimi davam etdirirəm. Eyni zamanda, BDU-nin Konstitusiya Kafedrasının müəllimiyəm”.

Qorqud Partiyasının sədri Firudin Kərimov isə din elmi, fəlsəfə ilə məşğuldur.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »