“Mehman Xəlilov kimi azğınlaşmış məşqçilər qanunun bütün şiddəti ilə cəzalandırılmalıdır”

0

Sumqayıt idman məktəbində məşqçinin törətdiyi faciəli ölüm hadisəsinin görüntüləri olduqca sarsıdıcı və tükürpərdicidir. Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun sambo məşqi zamanı Fərid Bakarov adlı azyaşlıya qarşı təhlükəli fənd işlətməsi nəticəsində, 7 yaşlı Fəridin başının bədəninin altında qalması səbəbindən boynunun qırılması və az sonra ölməsi idman məktəblərindəki durumun uşaqların həyatı üçün həqiqətən də çox təhlükəli olduğunu göstərir.

Hərə bir kurs açıb müəllimlik eləsə, bu cür faciəli hadisələrin təkrarlanacağından qətiyyən şübhəmiz olmasın. Odur ki, hər idmançıya kurs açmaq, öz məktəbini yaratmaq icazəsi verilməməlidir. Onların həm intellekti, həm də psixoloji durumu mütləq nəzərə alınmalıdır. Çünki sirr deyil ki, peşəkar idmançıların bir çoxunun təhsil-intellekt səviyyəsi çox aşağı olur, psixoloji səbatsızlıqları da öz yerində. Ona görə də, belələrinin kurs açıb məşqçi-müəllim kimi fəaliyyət göstərməsinə heç bir halda icazə verilməməlidir.

Həmçinin müvafiq qurumlardan lisenziya alıb idman məktəbi yaradan peşəkar idmançıların fəaliyyətinə nəzarət də mütləq gücləndirməlidir. Eləcə də bu məktəblərə gedən uşaqlarla və onların valideynləri ilə mütəmadi surətdə maarifləndirici söhbətlər aparılmalıdır. Uşaqlar bu cür məkanlarda baş verən zorakılıqlar barədə ən azından öz valideynlərinə dərhal məlumat verməlidir. Mehman Xəlilov kimi azğınlaşmış məşqçilər qanunun bütün şiddəti ilə cəzalandırılmalıdır ki, onun aqibəti digər pedaqoq-məşqçilərə də görk olsun.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »