Fransada Əmək Günündə pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyaları zamanı 100-dən çox polis və jandarm yaralanıb.
Bu barədə daxili işlər naziri Cerald Darmanin BFM telekanalının efirində bildirib.
“108 polis və jandarm yaralanıb. Onlardan 20-si Parisdə yaralanıb” deyə o bildrib.
Onun sözlərinə görə, bütün ölkəboyu keçirilən etiraz aksiyalarında 291 nəfər saxlanılıb.
Darmanin həmçinin qeyd edib ki, nümayişlərdə pilotsuz təyyarələrdən istifadə olubnub.