Əhmədli stansiyasında yük vaqonu relsdən çıxdı

0

Bu gün saat 05:30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən bir yük vaqonu relsdən çıxıb.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Məlumata görə, nəticədə vaqondan yük axını baş verib. Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »