Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir

0

Bu gün Azərbaycan gənci müxtəlif sahələrdə qazandığı uğurları ilə dövlətimizin və xalqımızın əsl qürur və iftixarına çevrilib. Gənclərimizin siyasi, ictimai, mədəni və idman sahələrindəki nailiyyətlərimiz bunları deməyə əsas verir. Azərbaycanda gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə ulu öndər tərəfindən 1994-cü il 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ilə dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb.

Gənclər təşkilatlarının təşəbbüslərinin, onların cəmiyyətin inkişafına yönəlmiş layihələrinin, həmçinin beynəlxalq əməkdaşlığının dövlət tərəfindən dəstəklənməsi gəncliyin dünya birliyinə inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. Bu gün gənclər təşkilatlarının fəaliyyəti ən ali səviyyədə qiymətləndirilir.

Azərbaycan gəncliyinin ölkəmizin bu günü və sabahı olduğunu nəzərə alaraq dövlətimiz tərəfindən müasir gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilməsi məqsədilə ölkəmizdə gənclər siyasəti sahəsində bir sıra aparıcı qurumlar fəaliyyət göstərir. Onlardan biri də Azərbaycan Respublikasının Gənclər fondudur.

Təhsilalanlar arasında ictimai fəallığın artırılması kifayət qədər vacib amillərdən biridir. Son dövrlərdə gənclərin bir sıra vacib sahələrdə uğurlar əldə etməsi bunun bariz nümunəsidir. Gənclərin bu sahələrdə inkişaf etməsi , özlərini sözün həqiqi mənasında doğrultmaları dövlət qurumları tərəfindən dəstəklənir. Gənclər üçün hər bir alternativ şəraitin yaradılması , onlara maddi və mənəvi dəstəyin verilməsi dövlətimizin prioritet istiqamətlərindən biridir. Hər keçən gün bu dəstəyin artması, bu dəstəkdən yararlanan gənclərin məmnunluğu həqiqətən sevindirici haldır. Hər bir gənc dövlətin onun üçün yaratdığı təhsil yaxud hər hansı şəraitdən səmərəli şəkildə yararlanmalı və öz potensialını dövlətimizin inkişafı naminə səfətbər etməlidir. Gənclərimizin ictimai fəallığı təkcə dövlətimizin hüdudları ilə məhdudlaşmır. Bu gün istedadlı gənclərimiz ölkə hüdudlarından kənarda dövlətimizin maraqlarını layiqli şəkildə qoruyurlar. Bizim ali məqsədimiz bundan sonda da təhsilalanlar arasında ictimai fəallığın artırılması və bu sahədə fəallıqları ilə fərqlənən gəcnlərimizə dəstək verməkdir, biz bu zaman dövlətimiz və cəmiyyətimiz üçün faydalı nəsil yetişdirə bilərik.

Həyata keçirilən uğurlu gənclər siyasəti sahəsində Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Gənclər həyatlarının bütün inkişaf mərhələsində və fəaliyyət istiqamətində Fonda müraciət edərək yararlana bilərlər. Yeni fikir və ideyası olan gənclər, təhsil sahəsində dəstəyə ehtiyac duyan, beynəlxalq təcrübə qazanmaq istəyən, sosial-ictimai aktivlik nümayiş etdirmək istəyən, təcrübə qazanaraq karyerada ilk addımlar atmağı planlayan və s istiqamətlər üzrə müraciət edərək dəstək qazana bilərlər.

Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu gün kreativ düşüncə tərzi ilə seçilən Azərbaycan gəncləri ölkədə yaradılan əlverişli mühitdən maksimum dərəcədə bəhrələnərək böyük fəallıq nümayiş etdirir və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfələrini verirlər.

Tural Rəhimzadə
Dövlət İdarəçilik Akademiyası, Siyasi idarəetmə fakültəsi – 3-cü kurs tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »