Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri ölkəsinin Türkiyə ilə münasibətlərindən danışıb.
“Sputnik Türkiye” xəbər verir ki, o, rəsmi Dəməşqin Ankara ilə yaxşı münasibətlərə malik olmaq istədiyini bəyan edib.
“Türkiyə bizim qonşumuzdur. Bu ölkə ilə yaxşı münasibətlərin tərəfdarıyıq. Xalqlarımız arasında qarşılıqlı maraqların və əlaqələrimizin çətinə düşməsini istəmərik”, – deyə o qeyd edib.
34 baxış