Memarlar Mikayıl Useynov və Sadıq Dadaşovun abidəsinin ucaldılacağı yer məlum olub – EKSKLÜZİV

0

Görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin yeri məlum olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, abidənin Səbail rayonu, Neftçilər prospekti ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, Bakı Funikulyoru ilə üzbəüz yaşayış binasının yaxınlığındakı parkda qoyulmağı nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 8 oktyabr 2022-ci ildə “Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »