Biləsuvarda su üstündə dava: Ata və oğlu döyüldü

0

Biləsuvarda su üstündə dava düşüb.

Modern.az xəbər verir ki, hadisə rayonun Çərçili deyilən ərazisində qeydə alınıb.

Biləsuvar rayonun Günəşli kənd sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Gözəlov və oğlu 1987-ci il təvəllüdlü Hikmət Gözəlov tanışları şəxslər tərəfindən döyülüblər. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə, hadisə su üstündə yaranan mübahisə zamanı baş verib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-dan bildirilib ki, Biləsuvar rayon Günəşli kənd sakinləri Fikrət Gözəlov və oğlu Hikmət polisə müraciət edərək aralarında yaranmış mübahisə zamanı həmkəndliləri Z. Mirzəyev və V. Mirzəyev tərəfindən döyüldüklərini bildiriblər.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »