Ralf Ranqnik: “Azərbaycanla oyunun ilk 20 dəqiqəsində meydanda yox idik”

0

“İlk 20 dəqiqə çətin keçdi. Meydanda yox idik, oyuna nəzarəti itirmişdik”.

“Report”un məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis ilk hissənin ortalarına doğru təşəbbüsü ələ aldıqlarını bildirib: “Qapımızı toxunulmaz saxlamaq istədik, amma alınmadı. Ümumilikdə inamlı təsir bağışladıq. Eyni ruhda davam etməliyik”.

O, qrupdakı digər rəqibləri olan Belçika seçməsinin səfərdə İsveçi 3 cavabsız qolla məğlub etməsinə də toxunub: “Qırmızı şeytanlar”ın Qətərdə keçirilmiş dünya çempionatındakı uğursuzluqdan sonra dəyişəcəyi bəlli idi. Amma onların top-komanda olması hamıya bəllidir. Rəqibin oyununu görməmişəm. Lakin Stokholmda 3:0 hesabı ilə qalib gəlirsinizsə, bu, keyfiyyət əlamətidir”.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Solnada İsveçə qarşı keçirəcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »